Etna yenidən aktivləşib

İtaliyanın Siciliya adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Etna yenidən fəaliyyətə başlayıb.

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki,  gecə saatlarında 3357 metr (11014 fut) yüksəklikdəki vulkanın lava və kül püskürməsi nəticəsində Siciliyanın şərqindəki Kataniya şəhərinə  yerli vaxtla saat 20:00-a qədər bütün uçuşların dayandırıldığı açıqlanıb.

Kataniya qubernatoru Enriko Trantino küçələrin külə büründüyü üçün şəhərdə motosiklet və velosipedlərin 48 saatlığına qadağan edildiyini bildirib və avtomobillərin saatda 30 kilometrdən çox sürətlə getməməsini tövsiyə edib.
Qeyd edək ki, Avropanın ən böyük vulkanı kimi tanınan Etna dağı sonuncu dəfə may ayında lava, kül səpərək aktivləşib və bölgədəki bütün uçuşlar ləğv edilib. 

Xatırladaq ki, Vulkanın sonuncu böyük püskürməsi 1992-ci ildə olub.

Mənbə: Hürriyət qəzeti