Gürcüstanda yol qəzasında 3 Türkiyə vətəndaşı həlak olub

Gürcüstanın qərbində minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 3 Türkiyə vətəndaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kobuleti bölgəsində qeydə alınıb.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.