Tarixçi alim doğum tarixini dəyişdi - SƏBƏB

Tarixçi alim Elnur Nəciyev xilas edildiyi tarixi (30 avqust) doğum günü kimi qəbul edib.

Demokrat.az
 xəbər verir ki, bu barədə Elnur Nəciyev Feysbuk hesabında yazıb.

Bundan başqa, tarixçi alim "Qubanın Adur kəndindən Bilgəh yüksəkliyi, Qaytarqoca silsiləsi ilə Qaradağ (3650 m.) və Əsəddağ (3471 m.) zirvələrinə yürüş" adlı elektron kitabını (http://lib.az/book/396/show) da ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, gənc alimlər Elnur Nəciyev və Emil Cəbrayılov dumanlı hava və güclü yağış səbəbindən Quşqonmaz dərəsi istiqamətində köməksiz vəziyyətdə qalmışdılar. 30 avqust 2023-cü ildə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şahdağ Milli Parkının əməkdaşları, İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərinin sakinləri onları xilas edib.