İstanbulda biznes mərkəzində güclü yanğın - FOTO

İstanbul Ataşehirdə ikimərtəbəli biznes mərkəzində güclü yanğın baş verib.
Bakupost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qısa müddətdə böyüyən yanğın 3 bitişik tikiliyə keçib.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində işlərini davam etdirirlər.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.