İsraildə olan Samirədən XƏBƏR VAR: "Partlayış, həyəcan səsləri..."

Bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib.

Axşam.az xəbər verir ki, "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi hazırda İsraildədir. Müğənni tədbirlə bağlı getdiyi ölkədən qayıda bilmədiyini açıqlayıb.

"5 min raket... Hava limanı bağlanıb, Tel-Əviv partlayır. Partlayış və həyəcan səsləri qorxudur. Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru" deyə, Samirə bildirib.

Samirə anası, xalası və menecerinin də onunla olduğunu bildirib.