İzmirdə meşə yanğını başlayıb

Türkiyənin İzmir şəhərinin Bayındır rayonunda güclü meşə yanğını başlayıb.

“Report” “Trt Haber”ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 6 təyyarə, 8 helikopter, 25 su tankeri, 7 su təchizatı maşını və 5 buldozer cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.