Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb

Hacıqabulda baş verən yanğın nəticəsində xəsarət alan bir nəfər (qadın) sol-said nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ona xəstəxanada ilk tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.