Xaçmazda 49 yaşlı kişi bıçaqlanıb

Xaçmazın Yergüc kəndində bıçaqlanma baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Adayev Cəfər Sadiq oğlu ürək və boğaz nahiyələrindən üç bıçaq xəsarəti alıb.
Yaralı təcilli tibbi yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.