Şabranda avtomobil piyadanı vuraraq öldürüb

Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Şimal bürosunun məlumatına görə, restoranların birindən toydan gələn Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini 1964-cü il təvəllüdlü Səfərəliyeva Nigar Qədiməli qızını yüksək sürətlə hərəkətdə olan "NİVA" markalı minik avtomobili vurub və o, yerindəcə dünyasını dəyişib.

N.Səfərəliyevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.