Şəmkirdə soyuducu anbarı yanıb

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bayramlı kəndində ümumi sahəsi 700 m² olan soyuducu anbarının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.