Daşkəsəndə avtomobil aşdı: Xəsarət alanlar var

Daşkəsən rayonunda minik avtomobili aşıb, xəsarət alanlar var.
“Report”un məlumatına görə, Daşkəsən rayon Alunitdağ qəsəbə ərazisində VAZ-21015 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Onlardan Elmir Fətəlizadənin xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Avtomobildə olan digər şəxsin vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.