Gəncədə  avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi nəticəsində hələ ki kimliyi məlum olmayan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.