Cəlilabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Cəlilabadda yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZel” markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.

Qəza nəticəsində rayon sakini Xalid Aslanov xəsarət alıb. O, rayon xəstəxanasına aparılıb. Həmçinin bir nəfərə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.