Türkiyədə illərdir axtarılan terrorçu saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının İstanbulda keçirdikləri əməliyyat nəticəsində illərdir axtarılan terrorçu - FETÖ üzvü saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, o, 2016-cı ildə həyata keçirilən çevriliş cəhdindən sonra axtarışa verilmişdi.
“İhsan” və “Ahmet” kod adları ilə tanınan terrorçunun əsl adı Can U. olub.