Şamaxıda avtomobilin vurduğu piyada ölüb

Şamaxı rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.
APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhər ərazisində yaşayış massivindən keçən 120-ci kilometr hissəsində baş verib.
1959-cu il təvəllüdlü Təbriz Fərəcovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolda hərəkət edən 1986-ci il təvəllüdlü piyada Ramiz Ağayevi vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şamaxı RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.