Sumqayıtda dayanacaqda kişi meyiti aşkarlanıb

Sumqayıt şəhər Koroğlu pospketi, 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb.
APA xəbər verir ki, hadisə yerinə dərhal Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub.
Məlum olub ki, ölən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. O, ürəktutmasından dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.