20 il axtarışda olan qətl şübhəlisi dron əməliyyatı ilə yaxalanıb - FOTO

Türkiyənin Bitlis bölgəsində qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il axtarışda olan M.B., Mutki rayonunda jandarm tərəfindən təşkil edilən pilotsuz uçuş aparatının dəstəyi ilə keçirilən əməliyyatla yaxalanıb. 


 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, axtarışda olan şəxslərin tutulması üçün Bitlis İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan kəşfiyyat, müşahidə işləri nəticəsində Mutki rayonundakı bir ünvana pilotsuz uçan aparat dəstəyi ilə əməliyyat təşkil edilib.


 
Əməliyyat zamanı 2003-cü ildə törətdiyi qətlə görə "qəsdən adam öldürmə" maddəsi ilə axtarış qeydi olan M.B. jandarma qrupları tərəfindən yaxalanıb və barəsində qanuni proses başlanıb.