KİV: İsrail səfirliyinə qarşı hücumun qarşısı alınıb

Azərbaycanın təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.
APA xəbər verir ki, bu barədə İsrailin "Ynet.co.il" saytı məlumat yayıb.
“Hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakı məhkəməsinə çıxarılıb və onun həbs müddəti 4 ay uzadılıb”, - məlumatda bildirilib.