Cəlilabadda evdə yanğın olub, iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda evdə yanğın olub, iki nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Buravar kəndində qeydə alınıb.

Yanğın zamanı xəsarət alanlar kənd sakinləri, 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərovdur. Hər iki qardaşın üz, boyun, əlləri və aşağı ətrafları yanıb.

Məlumata görə, onlar evdə baş verən yanğını söndürən zaman xəsarət alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.