Qusarda 32 yaşlı kişi intihar edib

Qusarın rayonunda intihar hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Raiq Kamal oğlu özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.