Dekabrın 16-da son altı ilin ən güclü maqnit qasırğası gözlənilir.
Məlumata görə, buna səbəb Günəşdə baş verən güclü partlayışlardır.
Qeyd edək ki, artıq bir çox insanlar Yerin maqnit sahəsində əmələ gələn təbəddülatı hiss etməyə başlayıblar. Bu özünü fərqli simptomlarla - başağrıları, qan təzyiqinin dəyişməsi və müxtəlif xəstəliklərin güclənməsi ilə büruzə verib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan ekoloq, professor Çingiz İsmayılov bildirib ki, maqnit qasırğası günəş fəallığının yerin maqnit sahəsinə olan təsiridir:
“Bu da yer üzündəki bütün insanlara təsir edir. Həssas insanlar həkimlərin məsləhəti ilə dərman qəbul etməlidilər. Xüsusən də imkan daxilində açıq havaya çıxmasınlar. Çünki qapalı məkanlar az da olsa, təhlükəsizliyi təmin edir".