Türkiyədə ağır qəza: Ölən və yaralananlar var

Türkiyənin Şimali Mərmərə magistralında Ədirnə istiqamətində hərəkətdə olan sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.