Bakıda çoxmərtəbəli yaşayış binası yanır

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
APA xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən binada baş verib.
Hazırda hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Nazirlikdən APA-ya faktı təsdiqləyiblər.