Oğuzda evdən meyit tapılıb

Oğuz rayonunda 58 yaşlı kişi evdə ölü tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qumlaq kəndində kənd sakini 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.
Faktla bağlı araşdırma aparılır.