Xaricdə silahlı qruplaşmaya qoşulmağa görə tutulan şəxsin məhkəməsi başlayır

Xarici ölkədə silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Hazırlıq iclası dekabrın 26-da keçiriləcək.

H.Kaltayev Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş Balakən rayon sakini, 1982-ci il təvəllüdlü Həbib Əziz oğlu Kaltayev bu ilin aprel ayında Rusiya ərazisində saxlanılıb.

Qeyd edək ki, H.Kaltayev 2015-ci ildə idarə etdiyi “VAZ-2104” markalı avtomobillə ağır qəza törədib və 2 nəfər həyatını itirib. Həmin hadisəyə görə o, 7 il müddətinə azadlıdan məhrum edilib.