İsmayıllı sakini bıçaqlanıb, oğlu saxlanılıb

İsmayıllıda bıçaqlanma olub.
APA-nın xəbərinə görə, rayon sakini 53 yaşlı Sübhan Dadaşov bıçaqlanıb.
Onun 1994-cü il təvəllüdlü oğlu Emin Maarifli tərəfindən bıçaqlandığı bildirilir.
S.Dadaşov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.