Hacıqabulda yol qəzası olub, ölən və yaralanan var

Hacıqabul rayonunda baş verən yol qəzasında ölən və yaralanan var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.