Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonunun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı yük maşını ilə "Toyota prius" markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, Ucar rayonunun Xalac kənd sakini, 1995-ci il təvəllüdlü Həsən İsa oğlu Cəfərov hadisə yerində ölüb. Yük maşınının sürücüsü, Zərdab rayonunun Çallı kənd sakini Sadiq Qiyas oğlu Qinyazlı isə xəsarət alıb. Fakt araşdırılır.