Məşhur modeli döyməkdə ittiham olunan şəxsin istintaqı tamamlanıb

Model Raziyyat Əliyevanı döydüyü iddia olunan Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
iş Bakı Aır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.

DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.

Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələrilə ittiham olunur.