Qaradağda mağazada yanğın olub

Qaradağda yanğın olub.
FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 280 m² olan birmərtəbəli mağazanın taxta atmaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 20 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.