Kikboksçu qızı sevgilisi vəhşicəsinə döydü 

Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb.

Kult.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.

O bildirib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən Tulin danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mühabisə yaranıb.

Kikboksçu bildirib ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.