Xətai rayonunda baş verən yanğında üç nəfər xəsarət alıb

Bakının Xətai rayonundakı binada baş verən yanğında xəsarət alanlar var.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, biri bina mühafizəçisi olmaqla üç nəfər tüstüdən zəhərlənib.

Həmin şəxslər əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın söndürülüb.