Xanım idmançı sevgilisinin onu döydüyünü iddia edib

Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən döyüldüyünü iddia edir.

Axşam.az xəbər verir ki, bu barədə xanım idmançı sosial şəbəkə hesabında məlumat yayıb. Kikbokusçunun sözlərinə görə, hadisə dekabrın 27-də baş verib.

O bildirib ki, hadisə yarıtikili binada qeydə alınıb: 

“Etdiyi xəyanətə dözməyərək ona şillə vurmaq istəyəndə geri çəkilib mənə təpik atdı. Qarşılıq verəndə yerə yıxdığı zaman başım betona dəydi, halsız vəziyyətdə yerdə özümü müdafiə etməkdən başqa çarəm yox idi. Amansızca, ölümünə təpik-yumruqla vurmağa davam edirdi. Başım betona dəyərək partladı”. 

İdmançı deyib ki, bundan sonra yer qan gölməçəsinə dönüb. 

Məsələ ilə bağlı polisə müraciət edilib.