Cəlilabadda 2 "Jiquli" toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə xəsarət alanlar Cəlilabad rayon sakinləri - 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyevdir.

***

20.45

Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad-Yardımlı magistralında, rayonun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobili ilə "VAZ-21011" toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alanların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.