Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qarağac kəndində qeydə alınıb. Naməlum avtomobil 40-45 yaşlı piyadanı vurub. Ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılan piyada bir neçə dəqiqədən sonra keçinib.

Faktla bağlı araşdırma aparılır.