Sabirabadda avtomobillər toqquşdu

Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı-Qarağac kəndi istiqamətində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106 markalı avtomobil “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Nəbi Bəxtiyar oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həkimlərin səyinə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb
Faktla bağlı araşdırma aparılır.