Zaqatalada canavar mal-qaraya hücum edib

Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində, kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.

Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.