Yevlaxda 16 yaşlı gənc intihar edib

Yevlaxın Quşçu kəndində 16 yaşlı gənc intihar edib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, kənd sakini 2008-ci il təvəllüdlü M.Əlizadə yaşadığı evdə asılı vəziyyətdə tapılıb.

Onun meyiti rayonun Mərkəzi Xəstəxanasının morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.