BDU-nun tələbəsi dəm qazından boğuldu

Bakı Dövlət Universitetinin tələbəsi dəm qazından boğulub.
Bu barədə BDU-dan məlumat verilib.
Məlumata görə, BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Sənan Mahir oğlu Qasımov dəm qazından boğularaq vəfat edib.

BDU rəhbərliyi tələbənin faciəli vəfatı ilə bağlı başsağlığı verib.