Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb.

Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosunun verilən məlumata görə, Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində Rafael Əzizovun “Mercedes” markalı avtomobilə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.