Balakəndə mikroavtobus piyadanı vurub öldürüb

Balakəndə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Püştətala kəndində baş verib.
Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.