Dünən 56 kq narkotik dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının yanvarın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 56,6 kiloqramdan çox narkotik vasitə və 700 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu barədə DİN-dən bildirilib. Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 282 qram heroin, 51 kiloqram 357 qram marixuana, 1,8 kiloqram tiryək, 1,2 kiloqram metamfetamin, həmçinin 700 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.