Masazırda eyvandan yıxılan qızın son durumu

Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın son vəziyyəti açıqlanıb.
Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir: "Pasiyentin vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir".
Xatırladaq ki,yanvarın 3-də Abşeron rayonunda 15 yaşlı qızın eyvandan yıxılması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.