Şirvanda neft quyusundan qaz püskürməsi davam edir - YENİLƏNİB

Şirvanda neft quyusunda qaz püskürməsi davam edir. Hadisə yanvarın 9-da Şirvan şəhərində yerləşən “Şirvan OİL Company LTD” şirkətinin 1 saylı neft-qazçıxarma məntəqəsində baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda baş verən qaz püskürməsi davam edir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları hadisə yerində cəlb edilib.
Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi işləri davam edir. Hazırda püskürmənin qarşısını yüksək təzyiq səbəbindən almaq mümkün deyil.

***

Şirvanda neft quyusundan qaz püskürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələr cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.