Bakıda avtomobildə yanğın olub

Bakıda avtomobildə yanğın olub.
Bu barədə "Sherg.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - FHN-dən qeyd edilib.
Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, maşının böyük hissəsi yanğından mühafizə olunub.