Ekoloq: Bakı dioloqunu COP29-un əsas uğurlarından biri hesab edirəm

Dövlətləri iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırırıq. 
Bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell) deyib.
O bildirib ki, beynəlxalq iqlim planları hazırlanmalıdır, Paris Sazişinin əsas tələblərindən biri də budur: "Ölkələri iki illik iqlim dəyişmələri hesabatını təqdim etməyə dəvət edirik. BMT hər zaman bu istiqamətdə istənilən dövlətə kömək etməyə hazırdır. Bu iqlim dəyişmələri ilə bağlı aparılan proseslərin şəffaflığı üçün olduqca vacibdir. Bakı COP29- a uğurlar arzulayıram. Bu, Azərbaycan üçün də çox yaxşı, əvəzolunmaz fürsətdir. Daha yaxşı iqlim üçün bu fürsətdən istifadə etmənizi arzulayıram".

COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal əhəmiyyətindən söz açan ekoloq Rövşən Abbasov “Sherg.az"a deyib ki, əsas məqsəd iki illik hesabatların təqdim edilməsidir:

''Burada ölkələrin iqlim dəyişmələrinə qarşı əsas konturları əks olunacaq. Həmçinin ölkələrin bu yöndə görəcəkləri fəalliyyətlərə çıxış yolu göstərəcək. Fikrimcə, bu cür hesabatlar hazırlanması ölkələrin iqlim dəyişmələri ilə mübarizədə daha məsuliyyətli olmağa sövq edəcək. Sonda isə müsbət nəticələr əldə olunacaq. Ümumiyyətlə, Bakı dioloqunu COP29-un əsas uğurlarından biri hesab edirəm".

 Ekoloq, professor Çingiz İsmayılov isə bildirdi ki, Azərbaycanda Bakı Qlobal Platformasının yaradılması çox vacib bir addımdır:

''Beləki Azərbaycan iqlim dəyişikliyi prossesinə qoşularaq fəal iştirak etməklə, platformanı yaratmaqla beynəlxalq imicini yüksəldir. Təsdiq edir ki, regional,qlobal miqyasda cəmiyyət üçün vacib məsələlərin həllində fəal iştirak etmək imkanı və bacarığı var. Bildiyiniz kimi, qlobal iqlim dəyişikliklərində iki qrup ölkələr mövcuddur. Bunların arasında ziddiyətlər hökm sürürdü. İnkişaf etmiş ölkələr istehlakı artıraraq tullantıları çoxaldır eyni zamanda, iqlim dəyişməsində mənfi rol oynayırlar. İnkişaf etməkdə olan ölkələr isə inkişaf etmiş ölkələrin onlara ianə və maliyyə resurları ayırmasının marağındadırlar. Bununla da dünyada gedən mənfi prosseslərin qarşısı alınacaq. Bir sözlə, həmin platformada inkişaf etməkdə olan ölkələr bir mövqedə çıxış edərək dünyanın qlobal problemi olan iqlim dəyişməsində səslərini qaldırmaq və bu istiqamətdə inkişaf etmiş ölkələrin məsuliyyətini çoxalmasının vacibliyini önə çəkirlər".