Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb

Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu, Zeynəddin kəndində baş verib.

Elektrik vurması nəticəsində kənd sakini, 2015-ci il təvəllüdlü Həsənov Tamerlan Musa vəfat edib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Məlumat Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti ilə dəqiqləşdirilib.