İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gəlib.
Sherg.az xəbər verir ki, səfərin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
Qey edək ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb.
Milanın Malpensa hava limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri yola salıblar.