Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirədə Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Rusiya Federasiyası ərazisində hava məkanına nəzarət sistemini müzakirə etməyi təklif edib.