Sumqayıtda yanğın baş verib, zərərçəkənlər var

Sumqayıtda partlayışla müşahidə edilən hadisə baş verib.
APA xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsində 2 saylı yataqxanada qeydə alınıb.
Hadisənin ilkin olaraq qaz balonundan baş verdiyi bildirilir. Partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.

Uşaqlar:

2008-ci il təvəllüdlü Paşayeva Nəzakət Ceyhun qızı üzün 2-ci dərəcəli termik yanığı,

2013-cü il təvəllüdlü Paşayev Yusif Ceyhun oğlu üzün 1 ci dərəcəli, əlin 2-ci dərəcəli yanığı,

1986-cı il təvəllüdlü Paşayev Ceyhun Eldar oğlu üzün və əllərin yanıqları,

Həyat yoldaşı:

1990-cı il təvəllüdlü Pasayeva Vusalə Gunduz qizi üzün və əllərin 1-2-ci dərəcəli yanığı xəsarətləri alıb.

Hadisə nəticəsində 4 mənzilə zərər dəyib.

Fakrla bağlı araşdırma aparılır.